Terrorla Mübarizə Qanununa uyğun gələn cinayətlərin açılmasına kömək edən və ya sübutlar əldə edilməsinə, eləcə də cinayət törədənlərin yaxalanmasına kömək edənlərə, yaxud onların yerlərini, kimliklərini bildirənlərə veriləcək pul mükafatının miqdarı, qayda və prinsipləri ilə bağlı yeni tənzimləmə Türkiyənin "Rəsmi Qəzet”ində dərc edilib.
Qaynarinfo haber7-yə istinadən xəbər verir ki, buna görə pul mükafatı verilə bilməsi üçün cinayət əməli 3713 saylı Qanun çərçivəsində olmalıdır.
Şəxsin verdiyi məlumatın cinayətin üzə çıxarılması, dəlillərin, ya da cinayətkarların ələ keçirilə bilməsində rol oynamalıdır. Mükafatlandırıla biləcək şəxsin cinaytətdə iştirak etməmiş olması vacibdir.
Eləcə də əlində kəşfiyyat məlumatları olan təhlükəsizlik və ictimai təhlükəsizlik əməkdaşları, hüquq mühafizə orqanları işçiləri, hərbçilər, terrorla mübarizə əməkdaşları yeni qaydalara görə, mükafatlandırıla bilməzlər.
Mükafatlandılacaq şəxslərin adları gizli saxlanılacaq. Həmin şəxsin türk vətəndaşı olması şərti nəzərə alınmayacaq.
Mükafatın miqdarı 10 milyon dollara kimi artırıla biləcək.
Alpər
Şərhlər