Xəbər lenti

İdman 18:45 22.07.2024

"River Pleyt" stadionu Fransa millisinin futbolçularına qarşı irqçi mahnı oxudu

Londonun "Çelsi" klubunun futbolçusu Enzo Fernandes Amerika kubokunda qazanılan qələbəni azarkeşlərlə birlikdə qeyd etmək üçün doğma Argentinanın "River Pleyt" klubunun stadionuna gəlib. 

Qaynarinfo "Daily Mail"ə istinadəb xəbər verir ki, "River Pleyt"in Argentina çempionatında "Lanus"la oyununda arenaya 80 min insan toplaşıb. Onların hamısı Fransa millisinin oyunçuları haqqında irqçi mahnı oxuyublar.

Qeyd edək ki, Argentina milli futbol komandasının üzvləri Fransa millisi haqqında irqçi mahnı oxuyublar. Sözügedən hadisə Argentinanın 2024-cü ildə Amerika Kubokunun finalında qələbə qazanmasından sonra baş verib. Video internetdə Argentina millisinin və "Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandes tərəfindən yayımlanıb. Mahnıda deyilir: "Onlar Fransa üçün oynayırlar, amma hamı Anqoladan gəlir. Onların anaları nigeriyalı, ataları kamerunlıdır, lakin pasportlarında "fransız” yazılıb".

Fransa Futbol Federasiyası futbolçuların bu cür davranışları ilə bağlı FIFA-ya şikayət edib..

İyulun 17-də Argentinanın idman nazirinin müavini Xulio Qarro bildirib ki, Lionel Messi Fransa milli komandasına ünvanlanan irqçi şüarlara görə üzr istəməlidir. Bundan sonra ölkə rəhbərliyi məmuru istefaya göndərmək qərarına gəlib. 

Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes Argentina yığmasının oyunçularının Amerika Kubokunu qazandıqdan sonra ifa etdikləri irqçi mahnı ilə yaşanan qalmaqaldan danışaraq, futbolçuların hörmətsizlik göstərmək istəmədiyini bildirib: "Düşünürəm ki, bu qalmaqal yoxdan yaranıb. Təbii ki, heç kimə hörmətsizlik etmək istəməzdik. Biz irqçi ölkə deyilik".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->