Ronaldudan İngiltərədə növbəti rekord

Ronaldudan İngiltərədə növbəti rekord

"Mançester Yunayted"in superulduzu Kriştianu Ronaldu İngiltərədə yeni rekordlar qırmağa başlayıb.

Qaynarinfo xəbər verir ki, portuqaliyalı superulduz Çempionlar Liqasında matçların sayı üzrə rekordu təkrarlayıb. 36 yaşlı hücumçu ötən gün baş tutan "Yanq Boyz"la səfər matçında meydançaya start heyətdə çıxıb. Bu, onun Çempionlar Liqasında 177-ci oyunu olub. Qarşılaşmanın 13-cü dəqiqəsində fərqlənən Ronaldu turnirdə 135-ci qolunu vurmaqla rekorda imza atıb.

Ronaldu Avropanın ən nüfuzlu qitə turnirində keçirdiyi matçların sayına görə İspaniya "Real"ının keçmiş qapıçısı İker Kasilyasla eyni pillədə yer alıb.
 
Ronaldu hazırda turnir tarixində ən çox qol vuran (135) və məhsuldar ötürmə (42) edən futbolçu ünvanına sahibdir. O, hər iki kateqoriyada PSJ-nin ulduzu
Lionel Messini qabaqlayır. Portuqaliyalı superulduz bununla yanaşı, yarışın pley-off mərhələsində ən çox fərqlənən (67), eyni zamanda bir mövsümdə altı qrup oyununda və beş fərqli finalda qol vuran yeganə oyunçudur.

Səbuhi Həsənov
XƏBƏRLƏR
BLOGLAR
X