Rus ekspert: Payızda koronavirusa yoluxmaq daha ağır ola bilər

Rus ekspert: Payızda koronavirusa yoluxmaq daha ağır ola bilər

Payızda ruslar koronavirusun daha ağır axını ilə üzləşə bilər. 

Qaynarinfo xəbər verir ki, bu fikri "İzvestiya" qəzetinə müsahibəsində Pasteur adına Sankt-Peterburq Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Areq Totolin söyləyib:

"Qorxuram ki, payızda yazdan daha COVID-19-un daha ciddi axını ilə üzləşə bilərik və buna psixoloji cəhətdən hazır olmalıyıq".

Onun sözlərinə görə, yenidən məhdudiyyətlərin tətbiqinə ehtiyac olmayacaq. Əvvəllər buna ehtiyac vardı ki, səhiyyənin imkanlarını artırılsın.

Xatırladaq ki, pandemiyanın başlanğıcından bu günə qədər dünyada 19,6 milyondan çox insan koronavirusa yoluxub, 727 mindən çox insan ölüb.

Rusiyada 887 min 536 yoluxma hadisəsi qeydə alınıb, 693 min 422 nəfər sağalıb, 14 min 931 nəfər ölüb.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR