Rusiya klubu azərbaycanlı futbolçu ilə yeni müqavilə imzaladı

Rusiya klubu azərbaycanlı futbolçu ilə yeni müqavilə imzaladı

Rusiyanın "Ufa" klubu mayın 31-də sözləşməsi başa çatan bir neçə futbolçusu ilə müqavilənin müddətini uzadıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Müqaviləsi uzadılanlar arasında Azər Əliyev də var. Azərbaycanlı futbolçu ilə yanaşı Aleksandr Puçko, Boyan Yokiç, Aleksey Nikitin, Aleksandr Suzov və Pavel Alikin mövsümün sonunadək "Ufa"da qalacaq. 

Qeyd edək ki, Rusiya Premyer Liqasının iyunun 21-də start götürməsinə qərar verilib. Azər Əliyev "Ufa"da 2018-ci ilin avqustundan çıxış edir.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image