Xəbər lenti

Rusiya Müdafiə Nazirliyi Ağdamdakı mərkəzdən görüntülər yaydı (FOTO/VİDEO)
Foto 10:52 04.02.2021

Rusiya Müdafiə Nazirliyi Ağdamdakı mərkəzdən görüntülər yaydı (FOTO/VİDEO)

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin şəxsi heyəti atəşkəsə və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki hərbi əməliyyatların dayandırılmasına nəzarət vəzifələrini yerinə yetirməyə davam edir.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rusiyalı sülhməramlılar "Forpost” və "Orlan-10” pilotsuz uçuş aparatlarından istifadə edərək atəşkəs rejimini müşahidə edirlər.

"Birgə Mərkəzin hərbi qulluqçuları davamlı olaraq pilotsuz uçuş aparatlarından idarəetmə mərkəzinə görüntülər alır, burada hərbi texnika, personalın bütün hərəkətləri təhlil edilir və tərəflərin təmas xəttini keçməsinin bütün faktları qeyd olunur”, - nazirlikdən bildirilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->