Xəbər lenti

Cüdoçularımız fərdi yarışları 7 medalla bitirdilər
İdman21:49 10.10.2026

Cüdoçularımız fərdi yarışları 7 medalla bitirdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında fərdi yarışları yeddi medalla bitiriblər.

Qaynarinfo xəbər verir ki, bunlardan 1-i qızıl, 2-si gümüş, 4-ü bürünc mükafat olub.

Əhməd Yusifov (60 kiloqram) dünya çempionu olub. Zelim Tçkayev (81 kiloqram) və Uşanqi Kokauri (100 kiloqram) gümüş, Rəşid Məmmədəliyev (73 kiloqram), Ömər Rəcəbli (81 kiloqram), Murad Fətiyev (90 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Son gündə qarışıq komanda yarışı təşkil olunacaq.