Rusiya vətəndaşlarına xəbərdarlıq etdi: “Çinə getməyin, getsəniz...”

Rusiya vətəndaşlarına xəbərdarlıq etdi: “Çinə getməyin, getsəniz...”

Rusiya İstehlakçı hüquqlarının müdafiəsi və insanın rifahına nəzarət üzrə Federal Xidmət (Rospotrebnadzor) rusiyalılara epidemiya vəziyyəti sabitləşənə kimi Çinə səfərlərdən çəkinməyi tövsiyə edib.

Qaynarinfo xəbər verir ki, bu haqda idarənin mətbuat xidmətindən məlumat verilib.

Turistlər Çinə səyahət edərlərsə, onlara son dərəcə ehtiyatlı olmaq tövsiyə olunub: 

"Dəniz məhsulları və heyvanlar satılan bazarlara baş çəkməyin, suyu şüşə qablardan için, yalnız istiliklə hazırlanmış yeməklər yeyin, nəfəs maskaları taxın, əllərinizi mütəmadi olaraq yuyun”.

Xəstəliyin ilk əlamətlərini göründüyü anda həkimə müraciət etmək tövsiyə olunur. Eyni zamanda, Rusiya Federasiyasında isə tibbi yardım üçün müraciət edərkən tibb işçilərinə Çində olma vaxtı və yeri barədə dəqiq məlumat vermək məsləhət görülür. 

Xatırladaq ki, naməlum bir koronavirusun səbəb olduğu viral pnevmoniyanın yayılması dekabr ayında Vuhan şəhərindən başlayıb. Son məlumatlara görə, 26 nəfər viral pnevmoniyanın qurbanı olub, ölkədə 800-dən çox yoluxma halı qeydə alınıb. Həkimlər daha 177 nəfərin vəziyyətini ağır kimi qiymətləndirirlər. Həkimlərin aşkarladığı kimi, yeni virus hava damcıları ilə ötürülür.

Alpər
XƏBƏRLƏR
BLOGLAR