Xəbər lenti

Rusiyadan miqrantların kütləvi deportasiyası: Azərbaycanı təhlükə gözləyirmi?
Dünya 09:36 07.07.2022

Rusiyadan miqrantların kütləvi deportasiyası: Azərbaycanı təhlükə gözləyirmi?

Rusiya mətbuatının yazdığına görə, bu ölkədə miqrantlarla bağlı qanunvericiliyə sərt məhdudiyyətləri nəzərdə tutan müddəaların əlavə edilməsinə hazırlaşırlar. Qeyd edək ki, Rusiya öz fəaliyyətində hər zaman yaxın qonşularına təzyiq etmək metodunu əsas götürüb. Bu mənada Kremlin postsovet məkanına tətbiq etdiyi ən böyük təzyiq metodlarından biri də miqrantlarla bağlıdır. Yaxın qonşularının hər hansı birində Rusiyadan uzaqlaşmaq meyli güclənən kimi, Kreml hər zaman miqrantlar məsələsini gündəmə atıb. Moskva bu və ya digər ölkədə stabilliyi pozmaq üçün yüzminlərlə miqrantı ölkəsindən deportasiya edə bilər. 

Moskva MDB məkanına təzyiq üçün miqrantları qova bilərmi? Azərbaycanı da belə təhlükə gözləyirmi?
 
Məsələ barədə Qaynarinfo-ya açıqlama verən miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov bildirir ki, Moskva miqrant kartından əksər hallarda təhdid niyyəti üçün istifadə edir:
 
"Rusiya zaman-zaman bu amildən istifadə edib. Lakin miqrant ordusu Rusiya iqtisadiyyatı üçün olduqca lazımlı kontingentdir. Çünki miqrantlar yerli əhalilə müqayisədə dah az məsrəf tələb edir, sosial müdafiə paketindən daha az yararlanan kateqoriyadır. Ölkədə 10-12 milyon civarında miqrant var. Bu, Rusiya əhalisinin 7-8 faizi deməkdir. Onalrın təxminən 2-4 milyonu qeyri-qanuni miqrantdır. Rusiya miqrasiya prosesini və axınını effektiv şəkildə idarə etmək üçün bu sahədə qanunvericiliyi mümkün qədər sərtləşdirməkdə maraqlıdır. Eyni zamanda, fürsət yarandıqda miqrant kartından siyasi məqsədlər üçün də istifadə edirlər”. 

Ekspertin fikrincə, Rusiyanın miqrant qanununu sərtləşdirməkdə konkret hədəf nə azərbaycanlılar, nə də orada yaşayan digr MDB ölkələrindən olan miqrantlar deyil:
 
"Orada soydaşlarımız elə də çox deyil. Rəsmi məlumatlara görə, Rusiyada 500-600 min civarında azərbaycanlı yaşayır. Onların 200 minə yaxını qeyri-qanuni əmək fəaliyyətilə məşğuldur. Miqrasiya qanunu nə qədər sərtləşdirilsə də, bu, istənilən halda 500-600 minə toxunacaq tərzdə bir qərar olmayacaq. Çünki qanunun sərtləşdirilməsində hədəf heç də azərbaycanlı miqrantlar deyil. Hədəf Çindən olan miqrantlardır”. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->