Xəbər lenti

Vüqar Qurbanovdan yeni təyinat (FOTO)
Ölkə 17:35 28.10.2025

Vüqar Qurbanovdan yeni təyinat (FOTO)

Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktor əvəzi təyin edilib. 

Qaynarinfo-nun məlumatına görə, TƏBİB-in İcraçı direktor Vüqar Qurbanov müvafiq əmri ilə sözügedən vəzifəyə Quliyev Pərviz Ağababa oğlu gətirilib. 

Qeyd edək ki, Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru Gülnarə Muxtarova Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən, oktyabrın 21-dən tutduğu vəzifəsindən azad edilib.

Pərviz Quliyev 1963-cü ilin may ayının 24-də Ağsu rayonunun Gəgəli kəndində anadan olub. Orta təhsilini Gəgəli kənd orta məktəbində alıb. 

Azərbaycan Tibb İnstitutunun (indiki universitet-red.) məzunu olub. İxtisasca həkim-terapevtdir. 1991-ci ildən Ağsu Rayon Mərkəzi Xəstəxanasında işləyir. 

Aydın
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->