Xəbər lenti

PFL
İdman 20:25 28.10.2025

PFL "Çelsi" ilə matça görə "İmişli" -"Qarabağ" oyununun yerini dəyişdi

"Qarabağ" klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

Qaynarinfo xəbər verir ki, Ağdam təmsilçisi Misli Premyer Liqasının X turunda keçiriləcək "İmişli" – "Qarabağ" oyunu ilə XX turda baş tutacaq "Qarabağ" – "İmişli" matçının yerinin dəyişdirilməsini istəyib.

"Köhlən atlar" UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacaqları "Çelsi" (İngiltərə) ilə oyuna daha yaxşı hazırlaşmaq üçün bu addımı atıblar.

"Qarabağ" klubunun rəsmi müraciətini və "İmişli" kollektivinin razılığını nəzərə alan PFL Azərbaycan futbolunun beynəlxalq miqyasda layiqincə təmsil olunmasını rəhbər tutaraq dəyişikliyə razı olub.

Belə ki, X turda tərəflər "Azersun Arena"da üz-üzə gələcək və oyun "Qarabağ" – "İmişli" görüşü kimi rəsmiləşəcək. Matç 31 oktyabr saat 17:00-da start götürəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->