Ermənistan və Azərbaycan arasında sülh prosesinə Gürcüstanın töhfəsi regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin Təhsil, Elm və Gənclərlə İş Komitəsinin sədri Mariam Laşxi Ermənistan parlamentinin Elm, Təhsil, Mədəniyyət, Diaspor, İdman və Gənclər Komitəsinin sədri Sisak Qabrielyan və nümayəndə heyəti ilə görüşdə bildirib.
Görüşdə Gürcüstan və Ermənistan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, regionda sülh və sabitliyin təmin olunması istiqamətində əməkdaşlığın vacibliyi vurğulanıb.
M.Laşxi çıxışı zamanı qeyd edib ki, regionun gücləndirilməsi və davamlı sülh siyasətinin həyata keçirilməsi üçün təhsil, elm və gənclər sahəsində əməkdaşlığın dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.
"Ermənistanla bütün səviyyələrdə münasibətləri gücləndirmək və regionda sülhün bərqərar olunmasına töhfə vermək Gürcüstan üçün prioritetdir. Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə edilməsi prosesinə verdiyimiz dəstəyə görə minnətdarlıq bildirilməsi bizi daha da həvəsləndirir," – M.Laşxi bildirib.
Şərhlər