Foto 13:24 14.09.2021

"Sabah" serbiyalı futbolçu transfer etdi (FOTOLAR)

"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
 
Qaynarinfo klubun rəsmi sytına istinadən xəbər verir ki, serbiyalı hücumçu Petar Şkuletiç bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. 31 yaşlı futbolçu ilə müqavilə müddəti 2 ildir.

Şkuletiç karyerası ərzində Serbiyanın "Teleoptik” (2008/2009), "Voyvodina” (2011-2014), "Radniçki Niş” (2013), "Partizan” (2014/15), Avstriyanın LASK (2009-2011), Monteneqronun "Zeta” (2011), Rusiyanın "Lokomotiv” (Moskva, 2015-2017), Türkiyənin "Gənclərbirliyi” (2017/18), "Sivasspor” (2020) və Fransanın "Monpelye” (2018-2021) klublarında çıxış edib.

Petar Serbiya millisində 6 oyun keçirib, 1 qol vurub. Yeni transfer "Sabah”da 7 nömrəli formada çıxış edəcək.
 
Səbuhi Həsənov