Ölkə 10:32 12.02.2024

Sabiq direktor vəfat etdi

Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Səadət Əliyeva vəfat edib.

Bu barədə İqtisadiyyat.az-a mərhumun ailəsindən məlumat verilib.

Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. S.Əliyeva xəstəliyi ilə əlaqədar Rusiyada müalicə olunurmuş.

Qeyd edək ki, Səadət Mədət qızı Əliyeva Milli Qəhrəman Sərdar Səfərovun bacısıdır. O, Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının baş həkimi və direktoru vəzifəsində çalışıb.