Xəbər lenti

Şahin Cəfərli: “O hədəf nəzarətə götürüldükdən sonra məsələ bitir...”
Ölkə 12:36 20.10.2020

Şahin Cəfərli: “O hədəf nəzarətə götürüldükdən sonra məsələ bitir...”

"Həmsədr ölkələr hələ də baza prinsiplərindən danışır”.


Qaynarinfoxəbər verir ki, bunu politolq Şahin Cəfərli deyib. Politoloq həmsədlərin cəbhədəki real vəziyyətdən xəbərsiz olduğunu deyib:


"Ya da xəbərləri var, sadəcə, missiyalarının iflasa uğradığını etiraf etməmək üçün özlərini o yerə qoymurlar. Azərbaycanın baza prinsiplərindən danışması və bütün görüş təşəbbüslərinə razılıq verməsi isə bu mərhələdə ağıllı diplomatiya kimi görünür. Cəbhədəki real vəziyyətə gəldikdə, erməni tərəfinin məlumatına görə, hazırda döyüşlər Qubadlının Xanlıq kəndi istiqamətində gedir. Xanlıq Həkəri çayının sahilində, Qubadlı rayon mərkəzindən 18 km aralıda və Laçın yolunun üstündə yerləşir. Ermənilər İşxanadzor adlandırdıqları bu kənddə qanunsuz məskunlaşdırma aparmışdılar və tütünçülüklə məşğul idilər”.

 


Şahin Cəfərli qeyd edib ki, Qubadlı istiqamətində əməliyyatlar gedir:


"Bu istiqamətdə strateji hədəfin hara olduğunu yəqin ki, anladınız. O hədəf nəzarətə götürüldükdən sonra məsələ demək olar ki, bitir”.

 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->