Xəbər lenti

Salyanın bir neçə kəndini su ilə təmin edən kanal bərbad vəziyyətdədir (VİDEO)
Video 23:05 16.02.2020

Salyanın bir neçə kəndini su ilə təmin edən kanal bərbad vəziyyətdədir (VİDEO)

Salyanın Yenikənd kənd sakinlərinin içməli su ehtiyacını ödəyən su kanalı məişət tullantıları ilə çirkləndiyindən sakinlər içməli su problemi yaşayır. Məlumata görə, yuxarı kəndlərdə yaşayan sakinlər məişət tullantilarını bu kanala tökürlər.

Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, kanalı boyu ölmüş ev quşlarının cəsədlərinə, məişət tullantılarına rast gəlmək mümkündür.

Salyan rayonunun bir neçə kəndinin ərazisindən keçən su kanalı dözülməz vəziyyətdədir. Bu kanal rayonun Şəkərli, Yuxarı Xələc, Yenikənd və digər kəndlərini su ilə təmin etmək üçün nəzərdə tutulub. Sakinlərin sözlərinə görə, illərdir bu kanalın suyundan istifadə edirlər. Amma son vaxtlar yuxarı kəndlərin sakinləri məişət tullantılarını kanala atdığından su çirklənib.

Sakinlər bildirir ki, sözügedən kanal 1960 -ci illərdə 3000 hektar əkin sahəsini suvarmaq məqsədi ilə çəkilib. Kanala su Kür çayından 4 aqriqatlı elektrik nasosları vasitəsi ilə vurulur. Əvəllər kanalda kifayət qədər su ehtiyatı olub. Sonralar isə əhalinin sayı artdıqca su kifayət etməyib. Onların sözlərinə görə, kanalın suyundan təkcə əkin sahələrini suvarmaq üçün istifadə etmirlər. Bir neçə kəndin içməli su ehtiyacı da məhz bu kanal vasitəsi ilə təmin edilir.

Məsələ ilə bağlı Salyan Suvarma Sistemləri İdarəsindən bildiriblər ki, yaxın günlərdə köhnə nasoslar yeniləri ilə əvəz ediləcək. Bu isə suyun həcminin artmasına səbəb olacaq.

Yenikənd kənd ərazi nümayəndəliyindən isə deyilib ki, yaxın günlərdə kanal zibil tullantılarından təmizlənəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->