İdman 19:19 19.01.2021

"Səbail" Gürcüstan millisinin sabiq üzvünü transfer etdi

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi yarımmüdafiəçi Luka İmnadzeni transfer edib. Gürcü oyunçu ilə 2020/21 mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Luka İmnadzeninin son iş yeri Gürcüstanın "Samtredia" klubu olub. 23 yaşlı futbolçu əvvəllər vətinində "Saburtalo", "Quria", "Kolxeti" və "Rustavi" klublarında çıxış edib. O, Gürcüstan U-21-nin heyətində keçirdiyi 4 oyunda 1 qol vurub.