Pentaqon bildirib ki, Rusiyada elan edilən səfərbərlik onların ordusunda kadr çatışmazlığı problemini həll edə bilər, lakin hələ də çoxsaylı problemlər var.
Qaynarinfo xəbər verir ki, Pentaqonun mətbuat katibi Patrik Rayder brifinq zamanı bildirib ki, səfərbərliyin Rusiyanın "komanda və nəzarət, maddi-texniki təminat, dəstək və ən əsası Rusiya qoşunlarının mənəvi problemləri”ni həll edə biləcəyi hələlik bəlli
deyil.
O, qeyd edib ki, əgər Rusiya Ukraynada 100 minə yaxın hərbçini idarə edə, saxlaya və silahlandıra bilmirsə, onlara daha 300 min hərbçi əlavə etmək vəziyyəti yaxşılaşdırmayacaq.
Pentaqon əmindir ki, Putinin səfərbərlik elan etməsi və Donbasın ələ keçirilən rayonlarında qondarma referendumlar planlaşdırması "yerdə əməliyyat faktlarını dəyişmir, bu da ukraynalıların öz ölkələri uğrunda mübarizəni davam etdirəcəkləridir".
"Rusiya ordusu yerlərdə ciddi problemlərlə üzləşir və beynəlxalq ictimaiyyət Ukraynanı öz ölkəsini işğaldan qorumaq üçün mübarizə apararkən dəstəkləyəcək", - Rayder vurğulayıb.
Nizami Bağırov
Şərhlər