Siyasət 18:04 09.03.2018

Serbiyadan "erməni soyqırımı"na rədd cavabı

Serbiya parlamenti qondarma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan qanun layihəsini rədd edib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, müxalifətdəki Yeni Partiyanın sədri Zoran Zivkoviçin irəli sürdüyü qanun layihəsinə 139 millətvəkili "Yox" deyib, yalnızca 7 nəfər "Hə" cavabını verib.

Qeyd edək ki, Serbiyada "erməni soyqırımı"nın qəbulunu nəzərdə tutan ilk layihə 2010-cu ildə Serb Radikal Partiyası tərəfindən irəli sürülüb.

Gülşən