Siyasi böhran milli oyunun təxirə salınmasına səbəb oldu

Siyasi böhran milli oyunun təxirə salınmasına səbəb oldu

Çili və Peru milliləri arasında yoldaşlıq oyunu təxirə salınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Çili Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 

Buna səbəb ölkədəki siyasi böhran olub. Etiraz aksiyaları səbəbindən milliyə çağırılan oyunçular noyabrın 19-da Lima şəhərində keçiriləcək Peru ilə yoldaşlıq oyununda iştirak etməmək qərarına gəliblər. Qarşı tərəf bu barədə məlumatlandırılıb.

Kapitan Qari Medel şəxsi "Instagram" səhifəsində qərarın Çilidəki vəziyyətə görə verildiyini bildirib. Ölkədə hakimiyyətin sosial və iqtisadi sahədə yürütdüyü siyasətə görə etiraz aksiyaları davam edir. 
XƏBƏRLƏR
BLOGLAR