Siyasət 14:06 29.11.2021

"Soçidə görüş çox müsbət keçdi..." - polkovnik Boris Avaqyan

"Fikrimcə, Soçidə görüş çox müsbət keçdi, çünki delimitasiya və demarkasiya məsələləri müzakirə olundu, razılıq əldə edildi, bu, mütləq lazımdır, çünki belə davam edə bilməz". 

Qaynarinfo xəbər verir ki, bunu Ermənistanın ehtiyatda olan polkovniki Boris Avaqyan yerli mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, təkcə hüquqi şəxslər deyil, ali təhsilli vətəndaşlar da başa düşürlər ki, dövlətin dövlət sərhədi olmalıdır:

"Əgər sizin dövlət sərhədiniz yoxdursa, o zaman dövlətinizin harada başladığı və harada bitdiyi bəlli deyil. Gorus-Qafan yolunda, Qafan hava limanının 30 metrliyində Azərbaycan sərhədçilərinin bazalarını gördük. Bu o deməkdir ki, Paşinyan artıq faktiki olaraq şifahi demarkasiya edib, onların orada yerləşdirilməsinə icazə verib. Əgər Paşinyan Qafan-Gorus yolunda Azərbaycan hərbi bazasının yaradılmasına icazə verərsə, onda aydın olur ki, o, özbaşına həmin yerdən sərhədin keçdiyinə qərar vermis olur. lakin onun hansı xəritədə həmin əraziləri Azərbaycanın ərazisi kimin hesab etdiyi də bizə bəlli deyil. Rusiya tərəfinin mövqeyi belədir. Demarkasiya BMT-nin bizi müstəqil dövlət kimi tanıdığı inzibati xəritə əsasında həyata keçirilə bilər. BMT isə dövlətimizi Sovet İttifaqının inzibati sərhədləri daxilində tanıyıb. Beləliklə, delimitasiya və demarkasiya beynəlxalq ictimaiyyət tərəfindən tanınan həmin xəritə ilə aparılmalıdır, çünki qeyd etdiyim kimi, BMT bizim dövlət mütəqiliyimizin mövcudluğunu Sovet Ermənistanının inzibati sərhədləri daxilində tanıyıb". 

Avaqyan Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüsseldə keçiriləcək görüşü haqda da danışıb:

"Brüsseldə keçiriləcək Paşinyan-Əliyev görüşündən heç bir gözləntim yoxdur. Hesab edirəm ki, bu görüş uydurmadır, çünki məhbusların qaytarılması istisna olmaqla, avropalı tərəfdaşlarla heç bir mühüm məsələ müzakirə olunmayacaq. Buna görə də həmin görüşdən heç bir gözləntim yoxdur".

Telman