ÜST-dən koronavirusla bağlı təhlükəli xəbərdarlıq

ÜST-dən koronavirusla bağlı təhlükəli xəbərdarlıq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyanın zəngin ölkələrini uşaqların vaksinasiyasına başlamaq əvəzinə peyvənd dozalarını yoxsul ölkələrə ianə etməyə çağırıb.

Qaynarinfo xəbər verir ki, təşkilatın baş direktoru Tedros Qebreyesus Cenevrədə növbəti dəfə belə bir çağırışla çıxış edib. O bildirib ki, dünyada istehsal olunan peyvənd dozalarının yalnız 0,3 faizi əhalisinin gəliri aşağı olan ölkələrin sərəncamındadır. Həmin ölkələrin bir çoxunda heç tibbi heyət və xəstə baxıcılarının COVID-19 xəstəliyinə qarşı immunlaşdırılması həyata keçirilməyib.

"Mən başa düşürəm ki, nəyə görə bəzi ölkələr uşaq və yeniyetmələrin vaksinasiyasını həyata keçirmək istəyirlər. Lakin hazırkı məqamda bu məsələni yenidən fikirləşməyi israrla xahiş edirəm”, - deyən T.Qebreyesus zəngin ölkələri COVAX təşəbbüsünü dəstəkləməyə və təcili istifadəsi tələb olunmayan peyvənd partiyalarını, peyvənd dozalarını dünyada ədalətli bölgüsünü hədəf alan bu təşəbbüsün sərəncamına verməyə çağırıb.

ÜST rəhbəri bildirib ki, hazırda pandemiyanın ikinci ilinin ilk il ilə müqayisədə daha ağır və daha yüksək ölüm statistikası ilə keçəcəyi təhlükəsi mövcuddur və Hindistandakı vəziyyət xüsusilə ciddi narahatlıq doğurur. (modern.az)
X
XƏBƏRLƏR
BLOGLAR