Xəbər lenti

Foto 20:20 10.11.2019

Şumaxerin həyat yoldaşı ilk dəfə danışdı: "Bizi ayaqda saxlayan..." (FOTOLAR)

"Bu faciədən sonra ayaqda qala bildiyimiz üçün Mixaelə borcluyuq. Mənə evlilik ildönümündə hədiyyə etdiyi ferma olmasaydı, atlarla bu qədər maraqlanmaz, bu qədər güclü olmazdıq”.

Qaynarinfo xəbər verir ki, bu sözləri dünya şöhrətli "Formula 1” pilotu Mixael Şumaxerin həyat yoldaşı Korinna Şumaxer deyib.

Alp dağlarında xizək sürərkən qəzaya düşən və uzun müddətdi komada olan pilotun həyat yoldaşı ilk dəfə müsahibə verib. Almaniyanın "She's” jurnalına danışan Korinna bildirib ki, yaşadıqları faciədən sonra qızı Cina Maria və özünü ayaqda saxlayan əsas şey atlarla maraqlanmaqları olub.

Qızı Cina Maria da atasının atlarla bağlı ona verdiyi məsləhəti xatırlayıb: "Maşın sürsən, işin qurtarandan sonra qaraja sürərsən, vəssalam. Amma bir at bazar günləri belə ona baxmağına möhtac olacaqdır”.

Qeyd edək ki, Korinnanın hazırda iki ferması və 40 atı var.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?