XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Sumqayıt"ın ayağı sınan futbolçusu əməliyyat olundu (FOTO)
İdman13:18 30.11.2023

"Sumqayıt"ın ayağı sınan futbolçusu əməliyyat olundu (FOTO)

Azərbaycan kubokunun ikinci təsnifat mərhələsi çərçivəsində "Lerik"lə oyunda ağır zədələnən "Sumqayıt"ın futbolçusu Kristian Velinovskinin əməliyyatı uğurla başa çatıb.
Qaynarinfo-nun məlumatına görə bu barədə klubun mətbuat xidmətindən məlumat verilib. Futbolçunun ayağı 14 gün müddətində gipsdə olacaq. Bu müddət ərzində xəstəxanada qalacaq yarımmüdafiəçi dörd həftə sonra artıq əl ağacı olmadan yeriyə biləcək.
Kris 3-4 ay sonra məşqlərə başlaya biləcək.
 
Səbuhi Həsənov