Xəbər lenti

Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən bu reys ləğv edildi (FOTO)
Foto 19:47 27.09.2022

Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən bu reys ləğv edildi (FOTO)

Hərəkət qrafikinin optimallaşdırılması və pik saatlarda qatarlarda olan sərnişin sıxlığını tənzimləmək məqsədilə 28 sentyabr tarixindən etibarən Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə hərəkət edən reyslərin sayı artırılacaq.

Qaynarinfo xəbər verir ki, bu haqda "Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Belə ki, Sumqayıtdan saat 07:25-də çıxan qatar yeni qrafiklə saat 07:15-də hərəkət edəcək və əlavə olunmuş qatar isə saat 07:30-da Sumqayıt stansiyasından yola düşəcək.

Bundan başqa, Sumqayıtdan saat 07:45-də yola düşən Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən reys ləğv edilir. Digər qatarların hərəkət cədvəlləri isə dəyişdirilmədən saxlanılır.

Qeyd: Dəyişiklik edilən reyslərinin nömrələri aşağıdakı cədvəldə sarı rənglə işarələnib:

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->