Xəbər lenti

Sumqayıtlı boksçulardan yüksək nəticələr
Foto 18:13 17.01.2026

Sumqayıtlı boksçulardan yüksək nəticələr

Sumqayıtın boks üzrə tanlnmış məşqçisi Rüfət Aslanovun yetirmələri yarışlarda qazandıqları uğurları ilə seçilirlər. 

Qaynarinfo xəbər verir ki, bu yaxınlarda keçirilən iki yarışda Rüfət Aslanovun yetirmələri İsmayıl Aslanlı və Nəsirli Rusif Mais oğlu yüksək nəticə göstərib.

İsmayıl Aslanlı "Təhsil” Respublika İdman Mərkəzinin (RİM) ölkə birinciliyində ilk pilləyə qalxıb. Onunla yanaşı daha iki boksu I yerə, 6 boksçu isə III yerə çıxıb. 

Fərqlənən boksçular "Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin idmançılarıdır. 

Rüfət Aslanlının digər tələbəsi Nəsirli Rusif Mais oğlu isə əməkdar bədən tərbiyəsi və idman xadimi, professor Ağacan Abıyevin şərəfinə keçirilən turnirdə birinci yerə layiq görülüb.
 
Ondan başqa "Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin daha 3 boksçusu II, 9 boksçusu isə III yerə çıxıb. 

Hüseyn
--> -->