Xəbər lenti

Konfrans Liqası: Pley-off mərhələsinin püşkü atıldı
İdman 17:44 16.01.2026

Konfrans Liqası: Pley-off mərhələsinin püşkü atıldı

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatması keçirilib. 

Qaynarinfo xəbər verir ki, püşkatma nəticəsində 16 komanda 1/8 finala vəsiqə uğrunda görüşdəki rəqiblərinin adına aydınlıq gəlib.

"KuPS" (Finlandiya) - "Lex" (Polşa)
"Zrinski" (Bosniya və Herseqovina) - "Kristal Pelas" (İngiltərə)
"Şkendiya" (Şimali Makedoniya) - "Samsunspor" (Türkiyə)
"Siqma" (Çexiya) - "Lozanna" (İsveçrə)
"Noa" (Ermənistan) - "Alkmaar" (Niderland)
"Yagelloniya" (Polşa) - "Fiorentina" (İtaliya)
"Drita" (Kosovo) - "Selye" (Sloveniya)
"Omoniya" (Kipr) - "Riyeka" (Xorvatiya)

İlk oyunlar 19 fevralda, cavab oyunları isə 26 fevralda keçiriləcək.

Qeyd edək ki, Liqa mərhələsinin turnir cədvəlində 1-ci yerdən 8-ci yerə qədər olan komandalar Konfrans Liqasının 1/8 finalına birbaşa yüksəliblər.
--> -->