Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının yeni reytinq siyahısını açıqlayıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan klubları arasında sıralamada ən yaxşı göstəriciyə sahib olan "Qarabağ" komandasıdır.
Ağdamı təmsil edən klub ötən reytinq cədvəli ilə müqayisədə bir pillə geriləyib. "Qarabağ" hazırda 182.5 xalla 69-cu yerdə mövqe tutub.
Cədvələ əvvəlki kimi PSJ (Fransa) başçılıq edir. "Real Madrid" (İspaniya) və "Çelsi" (İngiltərə) müvafiq olaraq sonrakı yerləri tuturlar.
Reytinq cədvəlində yer alan digər Azərbaycan klublarının mövqeyi belədir:
224. "Sabah" - 93.5 xal (+28);
389. "Zirə" - 66.75 (-29);
456. "Araz-Naxçıvan" - 60.25 (+30);
553. "Neftçi" - 51.25 (+10);
627. "Turan Tovuz" - 45 (-19).
Şərhlər