Azərbaycan Basketbol Liqasında XIII tura start verilib.
Qaynarinfo xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
B qrupunda "Naxçıvan" səfərdə "Lənkəran"la üz-üzə gəlib. Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 106:75.
"Naxçıvan" 23 xalla ikinci, meydan sahibləri 16 xalla beşinci pillədə qərarlaşıb.
Qeyd edək ki, tura yanvarın 18-də yekun vurulacaq.
Şərhlər