Suriya İnsan Haqqları Təşkilatı Bəşər Əsəd rejiminin iyul ayında mülki vətəndaşları hədəf alan hücumları barədə hesabat yayımlayıb.
Qaynarinfo xəbər verir ki, hesabatda ay ərzində ümumilikdə 528 barel bombasının istifadə edildiyi bildirilir. Hücumlar zamanı 9 mülki vətəndaş dünyasını dəyişib. İl ərzində isə 3436 barel bombası istifadə edilib.
Qeyd edək ki, 50 dollara başa gələn barel bombası ucuz, lakin effektiv bomba hesab edildiyinə görə üstünlük verilir. Partlayıcı maddə ilə dolu olan barellər 50-200 metr radiusda dağıntıya səbəb olur.
Gülşən
Şərhlər