Ötən ilin noyabrında, Azərbaycan ordusunun Şuşanı azad edərək 44 günlük müharibədə zəfər əldə etməsindən və regiona Rusiya sülhməramlılarının daxil olmasından əvvəl Xankəndidə cəmi 7 nəfər qalıbmış.
Bu barədə "Komsomolskaya Pravda” qəzetinin müxbiri Dmitri Steşinin Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərindən hazırladığı reportajda deyilir.
Reportaj "rusların ənənəvi olaraq Qafqazda xristianları xilas etməsi” tezisi üzərində qurulub. Müharibədən əvvəl 60 min nəfərin yaşadığı deyilən Xankəndidə ötən ilin noyabrında cəmi 7 nəfərin qaldığını isə rusiyalı jurnalistə özünü "artsax xarici işlər naziri” adlandıran David Babayan danışıb. Onun dediyinə görə, həmin 7 nəfər qondarma "prezident” Araik Arutyunyandan və mühafizəçilərindən, bir də Babayanın özündən ibarət idi...
2020-ci il, noyabrın 8-i, səhər saatları. Araik Arutyunyan bir gün əvvəl Azərbaycan ordusunun işğalçılardan tam təmizlədiyi Şuşaya boylanarkən.../virtualaz.org/
Şərhlər