Xəbər lenti

Təhlükəli arıqlama dərmanları, yoxsa ölüm daşıyıcıları? - Ekspert
Sağlamlıq 18:49 29.09.2023

Təhlükəli arıqlama dərmanları, yoxsa ölüm daşıyıcıları? - Ekspert

"İnsan uzun müddət ac qalanda onda psixi dəyişikliklər əmələ gələ bilər. Beyinə, orqanizmə bəzi maddələr kənardan daxil olmalıdır. Əvəz olunmayan amin turşular, vitaminlər, doymamış yağlar orqanizmdə çatışmayanda beyində biloloyi problemlər yaşanır, bəzi şəxslərdə psixi dəyişikliklər əmələ gəlir. Arıqlamaq üçün istifadə olunan dərmanların birbaşa ölümə gətirib çıxartması nəzəri cəhətdən mümkün olsa da, son nəticədə real görünmür”. 
 
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla arıqlamaq üçün istifadə olunan dərmanların insan orqanizminə ziyanlarından danışarkən deyib. 

Professor hesab edir ki, bu vəziyyətdə diaqnoz-autopsiya qoyulmalıdır: 

"Digər tərəfdən də müxtəlif dərman preparatlar ali təhsilli həkim - dietoloqlarının məsləhəti ilə qəbul olunmalıdır. Təssüflər olsun ki, vətəndaşlar özbaşına bu cür dərman preparatlarından istifadə edir ki, bunlar da arzuolunmayan nəticələrə gətirib çıxardır”. 

Adil Qeybulla bildirib ki, arıqlamaq üçün istifadə olunan dərmanlar dedikdə iştahı aradan qaldırılmasına səbəb olan dərmanlar nəzərdə tutulur: 

"Bu dərmanların təsir mexanizmləri var. Bunlar işlədici effek yaradır, müxtəlif təsirlərlə bədən  çəkisinin itirilməsi baş verir. Bu zaman əsasən orqanizmdə piylərin yanması sürətlənir”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->