Dünya 17:22 02.07.2022

Tehranda "Bəsic"in qərargahında iki partlayış baş verdi (VİDEO)

Sosial mediada yayımlanan görüntülər cümə günü axşam saatlarında Tehranın cənub-şərqində "Bəsic Malik Əştar Müqavimət Bölgəsi"nin qərargahında ən azı iki partlayışın baş verdiyini göstərir.

Qaynarınfo bu barədə "Iranintl" saytına istinadən xəbər verir.

 Bu partlayışlara görə məsuliyyəti "İran Xalq Mücahidləri Təşkilatı" öz üzərinə götürüb.

İslam Respublikasının hakimiyyət orqanları bu hücumla bağlı hələlik şərh verməyib.

Baş verən partlayışlara görə məsuliyyəti üzərinə götürən "İran Xalq Mücahidləri Təşkilatı"nın açıqlamasında deyilir:  

"Bu düşərgə Tehranda etiraz edənlərin susdurulmasında mühüm rol oynayıb".

Qeyd edikir ki, bu hücum İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat Təşkilatının rəhbəri Hüseyn Taibin, "Qvardiya Mühafizəsi"nin komandiri İbrahim Cabarinin vəzifəsindən uzaqlaşdırılmasından və həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandiri Əli Nasirinin həbsi ilə bağlı xəbərlərdən bir müddət sonra baş verib.

Aydın