Xəbər lenti

Telman İsmayılovla bağlı yeni xəbər
Dünya 16:14 15.10.2021

Telman İsmayılovla bağlı yeni xəbər

Rusiyanın sorğusu əsasında Monteneqroda həbs edilən iş adamı Telman İsmayılov bu ölkədən siyasi sığınacaq almaq cəhdlərini davam etdirəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASS agentliyinə İsmayılovun vəkili Marina Rusakova bildirib.

Vəkil əlavə edib ki, Telman İsmayılov ona qarşı irəli sürülən ittihamları qəbul etmir: "O, heç bir cinayətin iştirakçısı deyil və irəli sürülən ittihamları qəbul etmir”.

Marina Rusakova əlavə edib ki, Telman İsmayılov həbs olunmazdan əvvəl Monteneqrodan siyasi sığınacaq almaq üçün müraciət edimiş: "O, saxlanılarkən əlində siyasi sığınacaq almaq üçün müraciət olub. Bu baxımdan saxlanılması qanunsuzdur. Telman İsmayılovun ekstradiya məsələsinə bu fakt yoxlanıldıqdan sonra baxılacaq”.

Qeyd edək ki, Telman İsmayılov bir neçə cinayət işində, o cümlədən iki sahibkarın qətlində ittiham olunur. 2017-ci ildə onun barəsində qiyabi həbs qərarı çıxarılıb və iş adamı Rusiya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->