Məşhur Hollivud aktyoru Tom Kruz "Triple Seven”
yaxtasında istirahət edir. Gəmi bəzi mətbuatda yer alan məlumatlara görə, rus
milyarder Roman Abramoviçə məxsusdur. Lüks yaxta hazırda Kornoul ərazisindəki
İngiltərə sahilləri boyunca üzməkdədir.
Qaynarinfo xarici mediaya istinadla xəbər verir ki,
Tom Kruz gəmiyə gizli şəkildə gətirilib. Ancaq jurnalistlər bundan xəbər tuta
biliblər. "Daily Mail” xəbər verir ki, "Mümkün olmayan missiya"
aksiyon filminin yeddinci hissəsinin çəkiliş meydançasındakı aktyor koronavirus
xəstəsi ilə təmasda olub. Yaxtanın məcburi təcrid üçün bir yerə çevrildiyi
mümkündür. Aktyorun özünü necə hiss etməsi barədə heç bir məlumat verilmir.
"Triple Seven” 2006-cı ildə Almaniyada satışa
çıxarılıb. 12 qonaq üçün bar, kinoteatr, idman zalı, cakuzi, günəş terrası,
kabinləri var. Bu gəmi yaxta sinifindəki ən bahalılardan biri hesab olunur.
2018-ci ildə "Evraz”ın ortaq sahibi Aleksandr Abramov gəmini 44,9 milyon avroya
satıb. Yaxtanın bir həftəlik kirayəsi 500.000 dollardır.
Alpər
Şərhlər