Xəbər lenti

Tovuz şəhər stadionunda problem yarandı, PFL məkanı dəyişdi
İdman 15:25 31.07.2023

Tovuz şəhər stadionunda problem yarandı, PFL məkanı dəyişdi

Azərbaycan Premyer Liqasının birinci turu çərçivəsində baş tutacaq "Turan Tovuz” – "Araz-Naxçıvan” oyununun vaxtı və məkanı dəyişib.
 
Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Araz-Naxçıvan”ın meydan sahibi olacağı görüş 4 avqust saat 20:00-da "Dalğa Arena”da başlayacaq. Komandaların əvəzediciləri arasındakı qarşılaşma 1 gün sonra saat 17:00-da Binə qəsəbə stadionunda keçiriləcək.
 
Buna səbəb PFL nümayəndələrinin "Turan Tovuz"un ev oyunlarını qəbul etdiyi Tovuz şəhər stadionunda keçirdiyi geniştərkibli təftişin nəticələri olub. Aparılan əsaslı işlər, stadionun hazırki durumu, azarkeşlərin və futbolçuların təhlükəsizliyi, oyunun canlı yayımı və VAR infrastrukturunun vəziyyəti nəzərə alınaraq Peşəkar Futbol Liqasının İdarə Heyəti rəqib komandaların razılıq məktubunu da əsas götürərək aşağıdakı qərarları qəbul edib:

* Azərbaycan Premyer Liqasının 1-ci dövrəsinin oyunu "Araz Naxçıvan" – "Turan Tovuz”, 2-ci dövrənin oyunu "Turan Tovuz" - "Araz Naxçıvan" qarşılaşması kimi keçirilsin.

* Azərbaycan Premyer Liqasının 1-ci dövrəsinin oyunu "Qarabağ" - "Turan Tovuz", 2-ci dövrənin oyunu "Turan Tovuz" - "Qarabağ" qarşılaşması kimi keçirilsin.

* Azərbaycan Premyer Liqasının 4-cü turundan etibarən Tovuz şəhər stadionu oyunları qəbul etməyə hazır hesab olunsun və bununla bağlı bütün işlər nəzarətdə saxlanılsın.

Qeyd: Tovuz şəhər stadionunda süni işıqlandırma sisteminin tam istifadəyə verilməsi sentyabr ayının sonunda planlaşdırılır.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->