Yaponiyanın "Toyota” avtomobil istehsalı şirkəti avtomobillərdə təsadüfən əyləc əvəzinə qaza basmanın qarşısını alan yeni sistem quraşdıracaq.
Bu barədə "Yomiuri Şimbun” qəzeti məlumat yayıb. Bildirilir ki, əgər əvvəllər avtomobillər avtomatik əyləc sistemi ilə təchiz olunurdusa, yeni sistem funksiyanın təkmilləşdirilməsini nəzərdə tutur. Bu sistem avtomobilin qarşısında maneə müşahidə edildikdə işə düşür.
Yeni sistemin digər əsas cəhəti onun yalnız yeni avtomobillərə deyil, eyni zamanda, əvvəllər istehsal edilmiş avtomobillərdə də quraşdırılmasının mümkünlüyüdür. Yeni kampaniyaya əsasən, yaşlı sürücülərin cəlb olunması nəzərdə tutulur. Buna görə də yeni sistemin qiymətinin 500 dollardan çox olmayacağı bildirilir. (azərtac)
Şərhlər