Türkiyə nümayəndə heyəti ABŞ prezidenti Co Baydenin F-16 qırıcılarının Türkiyə Hərbi Hava Qüvvələri donanmasına təhvil vermək vədini yerinə yetirmək üçün gələn həftə Vaşinqtona səfər edəcək.
Qaynarinfo "Thedefensepost" saytına istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar
bildirib.
Nazir qeyd edib ki, nümayəndə heyəti gələn bazar ertəsi ABŞ rəsmilərinin dəvəti ilə Vaşinqtona gedəcək.
Hulusi Akar həmçinin, Ankaranın hələ də Türkiyə ilə Yunanıstan arasında münasibətlərin gərginləşməsindən narahatlığını bildirən Konqres üzvlərinin tətbiq etmək istədiyi satış şərtlərinin əleyhinə olduğunu vurğulayıb.
"Biz bu şərtləri qəbul edə bilmərik. Ümid edirik ki, onlar bu şərtlərdən vaz geçəcək", deyə nazir bildirib.
Qeyd eədk ki, NATO üzvü olan Türkiyə 2019-cu ildə Rusiyadan qabaqcıl raket hava müdafiə sistemi aldığı üçün F-35 qırıcı proqramından çıxarılıb və hazırda ölkə ABŞ-ın F-16-larını əldə etmək yolunda maneələrlə üzləşib.
M.Arif
Şərhlər