Suriyada Türkiyə və Suriya ordusu arasında şiddətli qarşıdurma yaşanıb.
Qaynarinfo SANA agentliyinə istinadən xəbər verir ki, hadisə ölkənin şimalında Ras əl-Ayn şəhərində baş verib. İlk atəşin kim tərəfindən açıldığı bilinmir.
Qeyd edək ki, Türkiyə ötən ay Suriyanın şimalında anti-terror əməliyyatına başlayıb. Daha sonra PKK-YPG-PYD terrorçuları sərhəd bölgədən uzaqlaşmağa razılıq verib və müvəqqəti atəşkəs elan edilib.
Gülşən
Şərhlər