İdman 16:21 06.04.2023

UEFA Azərbaycan klubları üçün pul göndərdi

UEFA "Qarabağ”a Avropa Konfrans Liqasının pley-off mərhələsində iştirakına görə pul ayırıb.
 
Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA tərəfindən ayrılmış 300.000 avro (təxminən 555 min manat) maliyyə vəsaiti qurumun vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
 
Bundan başqa UEFA Millətlər Liqası turnirinin 2022/2023-cü illər mövsümündə futbolçuları mili komandaların heyətində çıxış etmiş klublar üçün UEFA tərəfindən ayrılmış maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların bank hesabına köçürülüb:
 
Vəsait klubların hesabına köçürülüb
"Qarabağ” – 215 881 avro
"Neftçi” – 73 180 avro
"Sabah” – 51 226 avro
"Zirə” – 43 908 avro
"Sumqayıt” – 40 249 avro
"Qəbələ” – 18 295 avro
"Şamaxı” – 10 977 avro
"Səbail” – 7318 avro
 
Səbuhi Həsənov