Xəbər lenti

UEFA Azərbaycana qoyduğu qadağanı ləğv etdi
İdman 22:09 03.12.2020

UEFA Azərbaycana qoyduğu qadağanı ləğv etdi

Azərbaycan artıq UEFA-nın bayrağı altında təşkil olunan oyunlara ev sahibliyi edə biləcək.

Qaynarinfo xəbər verir ki, qitə futbol qurumunun İcraiyyə Komitəsi İkinci Qarabağ Müharibəsi zamanı beynəlxalq matçların ölkədə keçirilməsinə dair oktyabrın 20-də qoyulan qadağanı ləğv edib.

Bu addım noyabrın 9-da Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması bağlandıqdan sonra ümumi şərtlər nəzərə alınaraq atılıb.

Qeyd edək ki, qərar Azərbaycanla yanaşı, Ermənistana da şamil edilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->