İdman 12:09 25.05.2019

UEFA prezidentindən Bakıdakı finala dəstək

UEFA prezidenti Aleksander Çeferin "Arsenal"ın erməni futbolçusu Henrik Mxitaryanın Bakıda "Çelsi" ilə Avropa Liqasının final oyununu buraxmasına şərh edib.

Qaynarinfo xəbər verir ki, sloveniyalı funksioner "Spiegel" nəşrinə açıqlamasında bunu oyunçunun öz qərarı kimi dəyərləndirib. O bildirib ki, Mxitaryanın fikirləri Fransada "AVRO-2016”nın keçirildiyi zaman dedikləri ilə paralellik təşkil edir: "Futbol bu cür təzyiqlər altında qalacaqsa, gələcəkdə heç nə təşkil edə bilməyəcəyik. Fransa terror hücumlarının hədəfi olduğu vaxt o ölkədə Avropa çempionatının təhlükəsizliyini təmin etməyə nail olmuşduq".