Xəbər lenti

Ukrayna Prezidentinin müşavirinə qarşı sui-qəsd cəhdi
Dünya 13:57 22.09.2021

Ukrayna Prezidentinin müşavirinə qarşı sui-qəsd cəhdi

Ukrayna Prezidenti Volodimir Zelenskinin birinci müşaviri Sergey Şefirə sui-qəsd olub.

Qaynarinfo xəbər verir ki, məlumatı "ukranews” yayıb.

"Sergey Şefirə atəş açılıb. Onun sürücüsünə 3 güllə dəyib. Hazırda yaralı sürücü ağır vəziyyətdə reanimasiyadadır. Sergey Şefir sağdır və yaralanmayıb”, - məlumatda bildirilib.

UNN-in məlumatına görə, S.Şefirin avtomobilinə 12 güllə dəyib. Hadisə Kiyev vilayətində törədilib.

Prezidentin müşavirinə hücum edənlərin tutulması istiqamətində axtarış-əməliyyat tədbirləri keçirilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->