Adlerdəki "Rosneft” anbarına dron hücumu Qara dəniz sahilində ən uzaq PUA hücumu olub. İlk dəfə olaraq dron Vladimir Putinin Soçi iqamətgahına bu qədər yaxın uçub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Agents.media”
yazır.
Çərşənbə günü səhər tezdən Adler hava limanının yaxınlığında yerləşən neft anbarında yanacaq çəni yanıb. Qubernator Veniamin Kondratyevin sözlərinə görə, yanğının sahəsi 96 kvadratmetr olub. Soçi administrasiyasının rəhbəri Aleksey Kopayqorodski əlavə edib ki, yanğın söndürülüb, xəsarət alan olmayıb.
Səlahiyyətlilər yanğının səbəbini açıqlamayıblar. Teleqram kanallarının məlumatına görə, yanğına dron hücumu səbəb olub. Bu barədə Baza, SHOT və Mash yazır. Telegram kanalları PUA-nın qalıqlarının fotolarını da dərc
edib.
Adler (Soçinin bir hissəsi) Ukraynanın nəzarətində olan ən yaxın ərazidən təxminən 550 km məsafədədir. Pilotsuz uçuş aparatları indiyədək Rusiyanın Qara dəniz sahillərinə bu qədər uzağa uçmayıb: ən uzaq nöqtə Tuapse olub, həmin vaxt da "Rosneft” anbarı hədəfə alınıb.
Dronun hücum etdiyi ərazi Rusiya prezidentinin rəsmi iqamətgahı "Boçarov ruçey”dən təxminən 25 km aralıda yerləşir. Üstəlik, iqamətgah zədələnmiş neft anbarından daha çox Ukraynaya yaxındır. Ukraynadan buraxılan pilotsuz uçuş aparatı iqamətgahın yerləşdiyi ərazinin yanından uçmalı imiş.
Nizami Bağırov
Şərhlər