Xəbər lenti

Universitetlər regionlara köçürüləcəkmi? - Nazirdən cavab
Ölkə 19:02 06.02.2025

Universitetlər regionlara köçürüləcəkmi? - Nazirdən cavab

"Universitetlərin köçürülməsi konseptual şəkildə müzakirə edilir".

Qaynarinfo xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev brifinqdə çıxışı zamanı deyib.

O qeyd edib ki, hələ bunun təhlilləri aparılır.

"Bu istiqamətdə müəyyən hesablamalarımız var. Aidiyyatı qurumlarla iş aparırıq. Bakının mərkəzində yerləşən universitetlər təxminən 15-20 min tələbə və onların müəllimləri deməkdir. Bu bir əşyanı A nöqtəsindən B nöqtəsinə daşımaq deyil. Eyni zamanda biz bunu istisna etmirik. Düşünürük ki, köçürülmə təhsil üçün də yaxşıdır", deyə nazir əlavə edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->