"Barmaqla sayılası universitetlər istisna olmaqla universitetlərimizin kitabxanaları bərbad vəziyyətdədir”.
Qaynarinfo xəbər verir ki, bunu deputat Etibar Əliyev deyib. O bildirib ki, universitetlərin reytinqini müəyyənləşdirən kriteriyalardan biri də kitabxanalardır:
"Düşünürəm ki, universitet rektorunun əsas keyfiyyətlərindən biri kitabı bilmək, kitaba dəyər vermək olmalıdır. Universitet var ki, son 10-15 ildə tələbənin ixtiyarına bir kitab belə verə bilməyib. Lakin keyfiyyətli təhsildən, uğurlardan danışırlar”.
Deputat onu da əlavə edib ki, universitet kitabxanalarının ciddi monitorinqi aparılmalıdır:
"Tələbələrə ötən əsrin 60-80- ci illərində çap olunmuş kitablardan dərs demək illüziyadan (llusio – aldatma, masqara, ələ salmaq deməkdir) başqa bir şey deyil”.
Bahar Rüstəmli
Şərhlər