Dünya 15:24 09.12.2019

Uşakov Putin və Zelenskinin bugünkü görüşünün əsas məqsədini açıqladı

Rusiya Prezidenti Vladimir Putin və ukraynalı həmkarı Vladimir Zelenski arasında Normand Dördlüyünün zirvə toplantısında əsas məqsəd Minsk razılaşmalarının müzakirəsi olacaq. 

Qaynarinfo xəbər verir ki, bu haqda bazar ertəsi, dekabın 9-da Rusiya liderinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, görüş bütün tədbirlər bitdikdən sonra baş tutacaq. Ushakov iclasın keçirilməsi üçün vaxt məhdudiyyəti olmadığını qeyd edib.

"Hər şey sammit təşkilatçılarının təklif etdiyi formata uyğun olacaq", - Uşakov deyib.

"Normand Dördlüyü”nün (Almaniya, Rusiya, Ukrayna, Fransa) iclası bu gün, dekabrın 9-da Parisdə keçiriləcək.
Sammit ərəfəsində Kiyevdə mitinqlər başlayıb. İştirakçılar "təslim olmayın" şüarlarını səsləndirərək axşam vaxtı Zelenskinin ofisinin yaxınlığında çadır qurublar. Etirazçılar yalnız danışıqların nəticəsi elan olunduqdan sonra meydanı tərk edəcəklərini bildirib.

Xatırladaq ki, Donbasda silahlı münaqişə 2014-cü ildə Ukraynada hakimiyyət dəyişikliyindən sonra başlayıb və bu günə qədər davam edir. Bölgə sakinləri yeni hökumətə qarşı çıxıb və sözdə DXR və "Luqansk Xalq Respublikası” yaradıldığını elan edib.
Elə həmin il Ukraynanın, ATƏT və Rusiya nümayəndələrinin daxil olduğu üçtərəfli əlaqə qrupu yaradılıb. 2015-ci ildə Rusiya, Ukrayna, Almaniya və Fransa liderləri 19 sentyabr 2014-cü il tarixli Minsk razılaşmalarının yerinə yetirilməsi üçün bir sıra tədbirlər barədə razılığa gəliblər. Sənəddə hərtərəfli atəşkəs və münaqişə tərəflərinin təmas xəttindən ağır silahların götürülməsi, Kiyevin konstitusiya islahatı və "DXR”, "LXR” nümayəndələri ilə həmin "respublikaların” ərazilərində seçkilərin keçirilməsi ilə bağlı dialoq nəzərdə tutulur.