Xəbər lenti

Vanda doluya qarşı qurğu icad olundu və Azərbaycana satıldı
Texnologiya 21:34 09.10.2018

Vanda doluya qarşı qurğu icad olundu və Azərbaycana satıldı

Türkiyənin Van bölgəsində yerləşən İş Gəlişdirmə Mərkəzində (İŞGEM) doluya qarşı qurğu icad olunub. Bölgədə təxminən min hektar ərazidə quraşdırılmış qurğu 12 kilometr yüksəyə qaz püskürtərək suyun yağış kimi yerə düşməsinin və kristallaşmasının qarşısı alır.

Qaynarinfo virtualaz.org-a istinadən xəbər verir ki, Vanda sınaqdan keçiriləndən sonra yeni qurğunun ilk dəfə Azərbaycana idxal olunduğu bildirilir.

Məlumatda qeyd olunur ki, 2016-ci ildə 9 milyon 200 min avroluq "Van İŞGEM genişlənir” layihəsi həyata keçirilib. Layihədə 30 yeni iş yeri yaradılıb və yeni şirkətlərin də maraqlandığı Van İŞGEM-də dolu dağıdan qurğuların istehsalına başlanılıb.

İŞGEM İdarə heyətinin sədri Mahmud Gedik bildirib ki, istehsal edəcəkləri qurğuların növbəti partiyasını Türkiyənin Yozgat vilayətinə yola salmağı planlaşdırırlar: "Bütün istehsal prosesində ixracat mərkəzli, müasir texnologiyadan istifadəyə, yenilikçi fikirlərə yer verəcəyimizi demişdik. Burada bir ilki bacardıq. Türkiyədə olmayan, ilk dəfə Vanda icad olunan doluya qarşı qurğuları Van İŞGEM-də yaratdıq. Bizə bu qurğu ilə bağlı bir təşəbbüskar müraciət etmişdi, biz ona yer və imkan yaratdıq və nəticə əldə etdik. İlk məhsul ixracımızı Azərbaycana etdik. İkinci partiya məhsullarımızı da Yozgatdaki Türkiyənin ən böyük meyvə təsərrüfatına göndərəcəyik ", - deyə M. Gedik bildirib.

Gedik həmçinin bildirib ki, keçən dövrdə dolu fermer və istehsalçılara xeyli zərər verib. Bu qurğu təxminən min hektarlıq ərazidə dolunun qarşısını alacaq. Həm də, ən əsası, cihazın sağlamlığa və ətraf mühitə heç bir zərəri yoxdur.

Gedik yeni qurğunun Avropadan gətirilən analoji qurğularla müqayisədə tam avtomatlaşdırmış olduğunu deyir: "Qurğu vasitəsilə 12 km yuxarıya vurulan qaz suyun kristallaşmasının qarşısını alır, yerə dolu düşməsinə imkan vermir. Bundan  istixanalar, avtoparklar da faydalana bilər. Getdikcə daha çox sahələrdə bu qurğulara tələbat yaranacaq”.  

Dolu dağıdan qurğu istehsal edən şirkətin sahibi Yadullah Nesurullahi də cihazın istifadə sahəsinin genişlənəcəyini, həm yerli şirkətlər, həm də xarici ölkələr tərəfindən sifarişlərin çox olacağını söyləyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->