Messinin keçmiş komanda yoldaşı Vitinya, argentinalı superulduyzal dava etməsi ilə bağlı iddialara cavab verib.
Qaynarinfo-nun məlumatına görə, 2023-cü ilin əvvəlində PSJ-nin məşqində hər iki futbolçu arasında şiddətli dava olduğu bildirilir. Fransanın məşhur "L'Equipe" nəşrində yazılanlara görə həmin gün argentinalı ulduz Vitinyaya, "Sən təkcə pis deyilsən, həm də məni incidirsən” - deyib. Bundan sonra Vitinya PSJ-dən ayrılmaq istəyib.
Amma portuqaliyalı oyunçu bütün bu şayiələri təkzib edib. O, açıqlamasında, "Mən adətən mətbuatda çıxan heç bir xəbəri şərh etmirəm, lakin bu dəfə dəqiq deməliyəm. Bu iddialar tamamilə yalandır".
Kristof Qaltyenin dönəmində adətən əvəzedici kimi meydana çıxan Vitinya son vaxtlar ardıcıl performansı ilə PSJ-nin əsas simalarından birinə çevrilib. Yarımmüdafiəçi 2022-ci ildən yarımmüdafiəçi Paris klubunda çıxış edir.
Səbuhi Həsənov
Şərhlər