Video 17:04 06.12.2019

“Western Armanian” TV-dən daha bir sərsəm iddia (VİDEO)

Ermənistanda yayımlanan "Western Armanian” TV kanalında daha bir sərsəm iddia səslənib.

Qaynarinfo asasmedya.info-ya istinadla xəbər verir ki, "Western Armanian” TV kanalının yayımladığı xəbərdə Türkiyənin İğdır şəhərinin Ermənistanın bir bölgəsi olduğu qeyd olunub və "Qərbi Ermənistan" deyə bəhs edilib. 

İğdırın keçmiş MHP-li millət vəkili Sinan Oğan erməni kanalının skandal iddiasına öz Twitter hesabından sərt qarşılıq verib:
 
"Türk dilində yayımlanan erməni xəbərində İğdır Qərbi Ermənistanın bir bölgəsi olaraq ifadə edilib. Ac toyuq yuxusunda darı görər. Qarabağı işğal edib, gözünü İğdıra dikənlər deyəsən Andraniklərin qulağının necə kəsildiyini tez undublar".